Birinci Qarabağ müharibəsinin veteranı Tofiq Cəfərov vəfat edib.
Herbiand.az xəbər verir ki, mərhum könüllülərdən ibarət “Ağcabədi batalyonu”nun komandiri olub.
“Ağcabədi batalyonu” 1992-ci ildə başlanmış hərbi kampaniyada fəal iştirak edib. Özünümüdafiə batalyonu kimi yaradılan hərbi birlik daha sonra rəsmi olaraq hərbi hissə kimi fəaliyyət göstərib.
