AZ

TAİB 31 Mart soyqırımı qurbanlarını yad etdi - FOTOLAR

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) mərkəzi ofisində 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.Missiya.Az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.TAİB-in sədri, akademik Südeif İmamverdiyev 1918-ci il martın sonlarından başlayaraq Azərbaycanda ermənilər tərəfindən dəhşətli soyqırımı aktının həyata keçirildiyini, ölkənin müxtəlif bölgələrində törədilən qətliamlar nəticəsində on minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini qeyd edib. O bildirib ki, 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ulu öndərin 1998-ci ildə imzaladığı fərmanla bu tarix rəsmi şəkildə qeyd olunmağa başlanıb.Tədbirdə çıxış edən TAİB İdarə Heyətinin üzvləri xalqımıza qarşı törədilmiş faciələrin dünya ictimaiyyətinə düzgün çatdırılmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, hazırda Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə ardıcıl və məqsədyönlü iş aparılır, soyqırımı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırılır.Digər çıxış edənlər də 108 il əvvəl erməni silahlı dəstələrinin Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə dinc əhaliyə qarşı törətdiyi qətliamlar barədə danışıblar, qadın, uşaq və yaşlıların xüsusi qəddarlıqla öldürüldüyünü diqqətə çatdırıblar.Tədbirdə bu kimi tədbirlərin keçirilməsinin gənc nəslin tariximizi daha yaxşı öyrənməsi baxımından əhəmiyyətli olduğu qeyd olunub.Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
37
missiya.az

1Mənbələr