Qida mütəxəssisi, texnoloq Mübariz Vəliyev həm uşaqların, həm də böyüklərin mütəmadi istifadə etdiyi “Mentos” məhsullarının tərkibinin insan orqanizmi üçün zərərli maddələrlə zəngin olduğunu üzə çıxarıb.
M.Əliyev bildirib ki, “Mentos”ların tərkibində olan qida əlavəsi E133 var ki, o zərərli olduğuna görə Avropanın 7 ölkəsində – Belçika, Frannsa, Almaniya, İsveçrə, İsveç, Avstraliya, Norveçdə qadağan olunub.
Həmçinin bu məhsulun tərkibində E296 maddəsi də var ki, bu, uşaqlar üçün tamamilə qadağan edilmiş bir maddədir.
Kulinar M.Vəliyevin “Mentos”la bağlı hazırladığı videonu təqdim edirik: