AZ

Bu maşınlar kəskin bahalaşacaq: Sabahdan yeni qərar qüvvəyə minir

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Gürcüstan hökumətinin avtomobil rüsumları ilə bağlı yeni qərarı maşın bazarında ciddi dəyişikliklərə səbəb ola bilər. Sabahdan, yəni aprelin 1-dən etibarən yaşı 6 ildən yuxarı olan avtomobillərə tətbiq edilən rüsum kəskin artırılır.Demokrat.az xəbər verir ki, bu barədə carçı teleqram kanalında məlumat yayılıb.Yeni qaydalara əsasən, rüsum dərəcəsi əvvəlki 0,8 lari/sm³-dən 4,5 lari/sm³-ə yüksəldilir. Bu isə xüsusilə mühərrik həcmi 3.0 litr və daha yuxarı olan avtomobillərin idxal xərclərini əhəmiyyətli dərəcədə artırır. İlkin hesablamalara görə, bu kateqoriyada olan nəqliyyat vasitələrinin idxal xərci təxminən 5–6 dəfə arta bilər.Qərarın Azərbaycan bazarına da birbaşa təsir edəcəyi gözlənilir. Belə ki, Gürcüstan regionda avtomobil ticarətinin əsas re-ixrac mərkəzlərindən biri hesab olunur və Azərbaycan bu marşrutdan geniş istifadə edən ölkələr sırasındadır. Rüsumların artması nəticəsində avtomobillərin satış qiymətlərinin yüksəlməsi, eyni zamanda bəzi seqmentlərdə təklifin azalması ehtimal edilir.Daha çox bahalaşmanın 6–10 il yaşı olan, böyük mühərrikli (2.5–3.0 və daha yuxarı) avtomobillərdə, eləcə də ABŞ, Yaponiya və Avropadan gətirilən ikinci əl maşınlarda müşahidə olunacağı bildirilir.Bununla da , yeni idxal olunan avtomobillərin Azərbaycanda qiyməti 15–25 faiz arta bilər. Bu fonda kiçik mühərrikli avtomobillərə marağın yüksələcəyi, bəzi idxalçıların isə Gürcüstan üzərindən deyil, birbaşa digər bazarlardan alışa üstünlük verə biləcəyi ehtimal olunur.Qeyd edək ki, Gürcüstan avtomobil ticarətində regionun əsas “hub”ıdır və Azərbaycan ilk 3 idxalçı ölkədən biridir.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
50
demokrat.az

10Mənbələr