AZ

"Qarabağ"ın futbolçusu "Cenoa"ya keçə bilər

"Qarabağ"ın futbolçusu karyerasını İtaliyanın "Cenoa" klubunda davam etdirə bilər.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Genuya təmsilçisi cari mövsümün sonunda Ağdam təmsilçisini tərk edəcəyi dəqiqləşən Emmanuel Addaidən gedir.

"Köhlənlər"in sıralarında yeni inkişaf mərhələsinə qədəm qoyan qanalı vingerin UEFA Çempionlar Liqasındakı çıxışı A Seriyası klubunun skautlarının diqqətini çəkib. Bu isə o deməkdir ki, Avropadan 4-5 real təklif alan 24 yaşlı Emmanuel üçün daha bir variant yaranıb.

Cari mövsüm "Qarabağ"ın forması ilə bütün turnirlərdə 41 matça çıxan Addai 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Toğrul

Seçilən
8
2
fanat.az

3Mənbələr