AZ

“Xatəm-əl-Ənbiya”: Təcavüzkarın ayağını kəsəcəyik

İran torpağına ayaq basan istənilən təcavüzkarın ayağını kəsəcəyik.

İnterpress.az xəbər verir ki, bu barədə iran mətbuatı məlumat yayıb.

“Xatəm-əl-Ənbiya” qərargahının mətbuat katibi İranın sərhədlərini pozmağa cəhd edəcək hər kəsə qarşı sərt xəbərdarlıq edib.

O bildirib ki, İran torpağına ayaq basan istənilən təcavüzkarın “ayağı kəsiləcək”.

Mətbuat katibi, həmçinin ABŞ və İsrailin Hörmüz boğazına nəzarət etmək arzularına da toxunaraq, bu xəyalın heç vaxt gerçəkləşməyəcəyini vurğulayıb:

“Onlar bu arzunu özləri ilə məzara aparacaqlar. Məğlub olmuş düşmənlər – ABŞ və sionist rejimi – bilməlidirlər ki, İran xalqı və onun silahlı qüvvələri torpaqlarına ayaq basan hər hansı bir təcavüzkarı rüsvay edib məğlubiyyətə uğradacağını sübut edib”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
27
interpress.az

1Mənbələr