"Arsenal"ın heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Noni Madueke sıradan çıxıb.
24 yaşlı vinger İngiltərə milli komandasının düşərgəsində zədələnib.
Bu barədə yığmanın baş məşqçisi Tomas Tuxel məlumat verib. Almaniyalı mütəxəssis Maduekenin bir müddət yaşıl meydanlardan uzaq qalacağını deyib.
Qeyd edək ki, "Arsenal" Noni Maduekeni mövsümün əvvəlində "Çelsi"dən 56 milyon avroya transfer edib.
Lukakudan “Napoli” qərarı
Kazemiro Messi ilə komanda yoldaşı ola bilər
İngiltərə millisinin sabiq üzvü V Liqa klubunda - RƏSMİ
“Real”ın yetirməsi İtaliya yolunda
“Beşiktaş”ın yeni transfer hədəfi