Avropa İttifaqı (Aİ) Ukraynanın “Drujba” neft kəmərinin yoxlanılmasına niyə mane olduğunu başa düşə bilmir.
Herbiand.az bildirir ki, bu barədə Euractiv portalı mənbələrə istinadən xəbər verir.
“Diplomatik dairələrdə Kiyevin boru kəmərini yoxlamaqdan ötrü göndərilən heyətin qarşısını almasını təsvir etmək üçün “ağılsız”, “müəmma” və “aydın olmayan” kimi sözlərdən istifadə olunur”, - nəşrin yazısında bildirilib.
Adı açıqlanmayan diplomat bildirib ki, blok Ukraynanın hansı oyun oynadığını başa düşmür.
Qeyd edək ki, Kiyev Rusiyanın hücumları səbəbindən dəymiş ziyanı əsas gətirərək yanvarın sonunda “Drujba” kəməri ilə Slovakiya və Macarıstana yanacaq nəqlini dayandırıb.
Bəxtiyar CƏFƏRLİ