ABŞ-ın Tramp administrasiyası və başda Pakistan olmaqla regionun aparıcı dövlətləri Hörmüz boğazının idarəedilməsi üçün beynəlxalq konsorsiumun yaradılmasını nəzərdə tutan iki fərqli və rəqabət aparan plan təqdim ediblər.
Musavat.com xəbər verir ki, "The Telegraph" qəzetinin yaydığı məlumata görə, ABŞ Dövlət katibi Marko Rubio boğazda gəmiçiliyin tamamilə sərbəst və ödənişsiz olmasını tələb etdiyi halda, Pakistan, Misir, Türkiyə və Səudiyyə Ərəbistanının daxil olduğu qrup boğazın "Süveyş kanalı" modeli ilə idarə olunmasını təklif edir. Bu təklifə əsasən, strateji marşrutdan keçən gəmilərdən tranzit rüsumlarının yığılması və bu gəlirin müəyyən hissəsinin Tehrana verilməsi nəzərdə tutulur ki, bu da İranı boğaz üzərindəki təkbaşına hərbi nəzarətdən imtina etməyə razı salmaq üçün əsas iqtisadi arqument kimi istifadə olunur.
Lakin Marko Rubio G7 ölkələri ilə görüşündə hər hansı ödəniş sisteminin beynəlxalq hüquqa zidd olduğunu bildirərək, boğazın bütün ölkələr üçün tamamilə pulsuz açılmasında israr edir. İran tərəfi isə artıq daxili qanunvericiliyində "düşmən ölkə" gəmiləri üçün yüksək tranzit rüsumları nəzərdə tutan layihələr hazırlayır, eyni zamanda Çin, Rusiya və Pakistan gəmiləri üçün keçidin təhlükəsiz olduğunu bəyan edir.
Bildirilir ki, Hörmüz boğazının beynəlxalq konsorsiumun idarəçiliyinə verilməsi regionda son yüz ilin ən böyük geosiyasi dəyişikliyi ola bilər və bu, qlobal enerji böhranını dayandırmaq üçün son şans kimi qiymətləndirilir.
Musavat.com
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta