“Zirə”nin legionerləri “FIFA Series”in qalibi olub.
Msport.az xəbər verir ki, Anje Mutsinzi və Leroy Mikels Ruanda millisi ilə bu uğura imza atıblar.
Afrikalılar həlledici görüşdə Estoniyanı 2:0 hesabı ilə məğlub ediblər. Ruandalıların ilk qoluna futbolçumuz Leroy Mikels imza atıb.
O, həmçinin turnirin ən yaxşı futbolçusu seçilib.