AZ

Çin 3,5 ton yük qaldıra bilən dron sınaqdan keçirib

Çində ilk dəfə olaraq ağır yük daşıyan “Çanyin-8” yük dronu səmaya qalxıb.

Herbiand.az bildirir ki, dron Henan əyalətinin mərkəzi administrasiyasında olan Çjençjoudakı hava limanından buraxılıb.

“Çanyin-8” dünyanın ən böyük yük dronlarından biri hesab olunur. Uçan aparat 280 metrlik uçuş-enmə zolağından havaya qalxıb və ağıllı idarəetmə, elektronika və yanacaq sistemi də daxil olmaqla bütün əsas sınaqlardan uğurla keçib.

İlk uçuş təxminən 30 dəqiqə davam edib, bundan sonra dron rahat eniş edib. Sınaqlar Çin üçün 7 ton ağırlığında ağıllı pilotsuz nəqliyyat platformalarının hazırlanmasında mühüm addım olub.

Dronun faydalı yük tutumu 3,5 tondur, uçuş-enmə zolağı üçün isə tələb olunan məsafə 500 metrdən azdır. Bu, dronun yüksək hündürlükdəki ərazilərdə, adalarda və çətin ərazilərdə istifadəsinə imkan verir. Uçuş məsafəsi 3000 km-ə qədərdir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
18
herbiand.az

1Mənbələr