AZ

İşğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən sahibkarların diqqətinə!

Bakı. Trend:

Sahibkarlar işğaldan azad edilmiş ərazilərdə biznesin qurulmasıvə inkişafı ilə bağlı aşağıdakı dəstək və xidmətlərdən yararlanmaqüçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesinİnkişafı Agentliyinin (KOBİA) bölgədə fəaliyyət göstərən xidmətşəbəkəsinə müraciət edə bilərlər.

Xidmət şəbəkəsi tərəfindən sahibkarlara və biznesə başlamaqistəyənlərə aşağıdakı xidmətlər təqdim olunur:

- regionun iqtisadi potensialı və investisiya imkanları barədəməlumatların təqdim edilməsi;

- sahibkarlıq fəaliyyətinə dəstək verən dövlət alətləri,güzəştlər və vergi azadolmaları haqqında ətraflı informasiyatəminatı;

- biznesə başlamaq və inkişaf etdirmək üçün peşəkar məsləhətxidməti;

- müvafiq dövlət qurumları ilə əlaqələrin qurulması vəkoordinasiyası üzrə dəstək;

- sahibkarların hüquq və qanuni maraqlarının müdafiəsi və digərxidmətlər.

Region üzrə KOBİA-nın xidmət infrastrukturu aşağıdakı şəhər vərayonları əhatə edir:

- Laçın şəhəri - Bərpa Tikinti və İdarəetmə Xidmətinin inzibatibinası (Heydər Əliyev küçəsi, giriş 172);

- Zəngilan rayonu, Ağalı kəndi – Dövlət Xidmətləri Mərkəzi;

- Kəlbəcər şəhəri - DOST Mərkəzinin inzibati binasında xidmətmərkəzi;

- Füzuli şəhəri - Qarabağ Regional DOST Mərkəzinin Füzuli xidmətməntəqəsində xidmət pəncərəsi;

- Şuşa şəhəri - Dövlət Xidmətləri Mərkəzində “Şuşa KOB evi”.

Sahibkarları işğaldan azad edilmiş ərazilərin iqtisadipotensialından faydalanmağa və biznesin qurulması və inkişafı üçündövlət dəstəyi mexanizmlərindən aktiv şəkildə istifadə etməyə dəvətedirik!

Seçilən
41
12
az.trend.az

10Mənbələr