AZ

Yeni yaradılan agentliyə direktor təyin olundu - FOTO

Fərid Baxşıyev Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru təyin edilib.
 
Moderator.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
 
Bildirilib ki, F.Baxşıyev 1977-ci ildə anadan olub, Azərbaycan Dövlət İqtisad Universitetində biznesin idarə olunması üzrə bakalavr və biznes inzibatçılığı üzrə magistr təhsili alıb. Həmçinin Böyük Britaniyanın Redinq Universitetində inkişafın maliyyələşdirilməsi ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
 
O, əmək fəaliyyətinə 1998-ci ildə Maliyyə Nazirliyində Xarici iqtisadi əlaqələr və xarici borcların idarə olunması departamentində baş iqtisadçı kimi başlayıb. Sonrakı illərdə Azərbaycanın Mərkəzi Bankının Beynəlxalq əlaqələr şöbəsinin direktoru, Dünya Bankında ölkə üzrə iqtisadçı, "Azərbaycan Dəmir Yolları" QSC-də İnvestisiya şöbəsinin rəisi, "KPMG Azərbaycan" və digər özəl konsaltinq şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
 
Xatırladaq ki, Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2025-ci il tarixli Fərmanı ilə yaradılıb, qurumun Əsasnaməsi təsdiq edilib.
 
Agentlik dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin (PHŞ) illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirən və icra göstəricilərini təhlil edən, Maliyyə Nazirliyinin strukturuna daxil olan qurumdur.
Seçilən
21
31
moderator.az

10Mənbələr