AZ

Tbilisi QDİƏT PA-nın Baş Assambleyasının növbəti iclasına ev sahibliyi edəcək

Tbilisi, 31 mart, AZƏRTAC

Tbilisidə səfərdə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) baş katibi Asəf Hacıyev Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Tbilisidə keçirilməsi planlaşdırılan QDİƏT Parlament Assambleyasının Baş Assambleyası ilə bağlı detalları müzakirə edilib. Baş Assambleyanın budəfəki mövzusu süni intellekt və regional əməkdaşlıqla bağlı olacaq. Bu da üzv və tərəfdaş ölkələr üçün vacib məsələdir.

Gürcüstan tərəfinin Baş Assambleya ilə paralel olaraq Cənub-Şərqi Asiya Ölkələri Parlament Assambleyası (ASEAN) və QDİƏT Parlament Assambleyasının (PABSEC) birgə sessiyasının keçirilməsi təşəbbüsü də nəzərdən keçirilib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Seçilən
28
1
azertag.az

2Mənbələr