AZ

Daha bir ölkədə yanacaq qiymətləri kəskin artdı

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Birləşmiş Ərəb Əmirliklərində 2026-cı il aprelin 1-dən etibarən yanacaq qiymətləri ciddi şəkildə bahalaşıb.

Modern.az xəbər verir ki, “Al Bayan” nəşrinin məlumatına görə, benzinin qiyməti litr üzrə təxminən 0,8–1 dirhəm, dizel yanacağı isə demək olar ki, 2 dirhəm artıb.

Yeni qiymətlərə əsasən, Super 98 markalı benzin 3,39 dirhəm təşkil edir, halbuki mart ayında bu rəqəm 2,59 dirhəm idi. Special 95 benzininin qiyməti 2,48 dirhəmdən 3,28 dirhəmə yüksəlib. E-Plus 91 markalı benzin isə 2,40 dirhəmdən 3,20 dirhəmə qalxıb.

Dizel yanacağı da kəskin bahalaşıb və hazırda 4,69 dirhəm təşkil edir, bu isə əvvəlki 2,72 dirhəmlik qiymətlə müqayisədə ciddi artım deməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
modern.az

1Mənbələr