AZ

Araz Ağalarovun ailə qurduğu 27 yaşlı xanım biznesmen imiş Yeni detallar

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

“Krokus Qrup”un qurucusu, tanınmış azərbaycanlı milyarder Araz Ağalarov şəxsi həyatı ilə yenidən gündəmə gəlib. Uzun illərdir həyat yoldaşı olan İrina Ağalarova ilə yollarını ayıran iş adamının 27 yaşlı Alyona İvanova ilə rəsmi nikaha daxil olduğu bildirilir.Məlumatlara görə, Ağalarov və keçmiş həyat yoldaşı faktiki olaraq illər əvvəl ayrılıq yaşayıb. Hələ 1990-cı illərdə İrina xanım qızı ilə birlikdə ABŞ-a köçüb və o vaxtdan cütlük ayrı-ayrı həyat sürüb. Onların rəsmi boşanmasının hansı tarixdə baş verdiyi isə ictimaiyyətə açıqlanmayıb. Cütlüyün oğlu, müğənni və iş adamı Emin Ağalarov də 2023-cü ildə valideynlərinin artıq birlikdə yaşamadığını qısa şəkildə təsdiqləmişdi.Son günlər yayılan xəbərlərdə qeyd olunur ki, milyarderin yeni seçimi Saratov şəhərində doğulan Alyona İvanova olub. İddialara əsasən, onların tanışlığı 2019-cu ilə təsadüf edir. Alyona məktəbi bitirdikdən sonra Moskvaya köçərək burada fəaliyyətə başlayıb. Onların necə tanış olduğu barədə isə konkret məlumat paylaşılmayıb.Toy mərasiminin qapalı keçirildiyi, yalnız yaxın çevrənin iştirak etdiyi ehtimal edilir. Sosial şəbəkələrdə mərasimə dair hər hansı görüntü yayılmayıb və Alyona şəxsi hesablarını ictimaiyyətə açıq saxlamır.Cütlük ilk dəfə geniş auditoriya qarşısına Bakıda keçirilən “DREAM Fest” beynəlxalq musiqi festivalında çıxıb. Bu tədbir Emin Ağalarov tərəfindən təşkil olunmuşdu. Onların yanında iki oğlan uşağının da olduğu diqqət çəkib. Bəzi mənbələr Alyonanın iki övlad dünyaya gətirdiyini iddia etsə də, bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.Açıq mənbələrə əsasən, Alyona İvanova biznes fəaliyyəti ilə məşğuldur və reklam–marketinq sahəsində fərdi sahibkardır. Bildirilir ki, son illərdə onun gəlirləri kifayət qədər yüksək olub və bu da ona lüks həyat tərzi qurmağa imkan verib.Hazırda Emin Ağalarov atasının yeni evliliyi ilə bağlı ictimai açıqlama verməyib.(unikal)Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
demokrat.az

1Mənbələr