AZ

Tehrandan ABŞ-a sərt xəbərdarlıq – "Hörmüz xəyalını əbədi olaraq dəfn edin!"

İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının sözçüsü Zülfüqari ABŞ-ın Hörmüz boğazını beynəlxalq nəzarətə vermək planlarına cavab olaraq Vaşinqtonu bu "xülyadan" birdəfəlik əl çəkməyə çağırıb.

Musavat.com xəbər verir ki, Zülfüqari Tehranın strateji su yolları üzərindəki suverenliyindən heç bir halda imtina etməyəcəyini və tarixboyu heç bir düşmən qarşısında baş əyməyən İranı təslim olmağa məcbur etməyin qeyri-mümkün olduğunu bəyan edib.

İran rəsmisi vurğulayıb ki, ABŞ-ın boğazı beynəlxalq konsorsiumun idarəçiliyinə vermək cəhdləri bölgədəki müstəmləkəçilik siyasətinin davamıdır və İran ordusu buna imkan verməyəcək. Onun sözlərinə görə, Hörmüz boğazı region xalqlarına məxsusdur və hər hansı xarici qüvvənin burada idarəçilik iddiası bölgədə yeni və daha dağıdıcı bir müharibəyə yol açacaq.

Zülfüqari həmçinin qeyd edib ki, İran öz hərbi gücü ilə boğazın təhlükəsizliyini təmin etməyə qadirdir və istənilən təcavüzkar addıma sarsıdıcı cavab verməyə hazırdır. Bildirilir ki, Tehranın bu kəskin reaksiyası ABŞ və müttəfiqlərinin "Süveyş modeli" təklifini tamamilə rədd etməsi mənasına gəlir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
2
olaylar.az

3Mənbələr