AZ

TARİXDƏN İBRƏT DƏRSİ ALMIŞIQ

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Nurəddin İSMAYIL

Bir millətin mövcudluğuna qarşı yönəlmiş elə qanlı hadisələr, faciəli yaşantılar var ki, üstündən qərinələr, əsrlər keçməsinə baxmayaraq bu hadisələri unutmaq, yaddaşlardan silmək mümkün deyil.

1918-ci il 31 martda erməni-bolşevik cütlüyünün xalqımıza qarşı törətdiyi soyqırım da bu qəbildən olan qanlı hadisələrdəndir. Misli görünməyən bu qanlı olaylardan iki ay sonra siyasi varlığını orta qoyan gənc cümhuriyyətimiz baş verən vəhşilikləri, qətliamları tarixi yaddaşlara hopdurmaq üşün Fövqəladə İstintaq Komissiyası yaradacaq və bu qanlı cinayəti dünya dövlətlərinin diqqətinə çatdıracaqdı. Məlum olacaqdı ki, bu hadisə təkcə dini, etnik zəmində baş verən hadisə olmayıb, Türkmənçay müqaviləsi ilə başlayan yüz il əvvəlki rus işğalına söykənən müstəmləkə siyasətinin davam etdirilməsinə, tarixi ərazilərimizin yenidən bölüşdürülməsinə, neft Bakısı daxil olmaqla, milli arealmıza mənsub sərvətlərimizin ələ keçirilməsinə, millətimizin bir millət olaraq tarix səhnəsindən silinməsinə xidmət edən məqsədyönlü planın tərkib hissəsidir. Məhz bu səbəbdəndir ki, dişinə qədər silahlanmış daşnak-bolşevik hərbi birləşmələri qarşıya qoyulan iyrənc məqsədlərinə çatmaq üçün Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə kütləvi qırğınlar törətmiş, o zamankı mənbələrdə göstərlildiyi kimi, 50 minə qədər günahsız insanımızı amansızcasıa qətlə yetirmişdilər. Həmişə olduğu kimi, o zaman da beynəlxalq aləm ermənilərin xalqımıza qarşı törətdiyi bu soyqırıma susqun qalmış və bu vəhşiliklərin miqyasını gizlətməyə çalışmışlar. İki illik hakimiyyəti dövründə Azərbaycan Demokratik Respublikası bu cinayətlərin dünya dövlətlərinə çatdırılması üçün effektli addımlar atmasına baxmayaraq, Azərbaycan yenidən rus-sovet iğalına məruz qalmış və sovet hakimiyyəti bu qanlı cinayətlərin izini itirməyə çalışmışdır. Gənc respublikamız bolşeviklər tərəfindən devirdikdən sonra sovet hakimiyyətinin erməni himayədarlığı yeidən başlanmış, direktivlərlə, inzaibati qərarlarla tarixi ərazlərimiz alınaraq türk dünyasına qarşı forpost kimi himayə etdikləri ermənilərə verilmişdir.

Sovet quruluşu dağılma ərəfəsində ermənilər yaranmış boşluqdan istifadə edərək Qarabağın, şərqi Zəngəzurun işğalına nail olmuşlar. Tarix sanki yenidən təkrar olunur, rus qoşunlarına arxalanan ermənilər məlum hadisələr başlayar-başlamaz ik iyüz mindən artıq soydaşımızı yaşadıqları tarixi qərbi Azərbaycan ərazilərdindən qovub çıxarmaqla yanaşı bir milyon insanımızın məskunlaşdığı Qarabağ, Zəngəzur kimi tarixi ərazilərimizi işğal etdilər. Otuz ildən artıq bir zaman çərçivəsində ermənilərin başımaza gətirmədiyi oyun, törətmədiyi cinayət əməli qalmadı. Tarix, yüz il əvvəl 31 mart qırğınının olduğu kimi, bu dəfə də faciəli Xocalı soyqırımının şahidi oldu. O zaman olduğu kimi, bu zaman da erməni qırğınlarının arxasında onun ən böyük himayədarı olan Rusiya dururdu. Lakin bu zaman himayədarlığın beynəlxalq arealı genişlənmiş, ABŞ, Fransa kimi dövlətlər də Minsk qrupunun həmsədrləri kimi cərgəyə qoşulmuşdular. Və 30 il bu ölkələr işğalın reallaşması, daha geniş əraziləri əhatə etməsi üçün əllərindən gələni etdilər.

Deklarativ xarakterli BMT qətnamələri, amorf missiyaya çevrilən ATƏT-in Minsk qrupunun aldadıcı cəhdləri heç bir işə yaramadı. Lakin xalqımız nə 31 mart qırğınını, nə də Birinci Qarabağ savaşında zorən məğlubiyyətini unutmamışdır. Keçmişindən, baş verən itkilərdən, sağalmaz yaralardan, beynəlxalq təşkilatların xristian təəssübkeşliyinin ayır-buyur siyasətindən dərsini alan dövlət 44 günlük İkinci Qarabağ müharibəsində və bir günlük antiterror əməliyyatında öz gücünü ortaya qoydu. Yaranmış tarixi şərait, erməni himayədarlarının müvəqqəti geri çəkilmə siyasəti, son otuz ildə hərbi-siyasi gücün əldə edilməsi dövlətimizə düzgün və qəti qərar verməyi tələb edirdi və bu qərar 2020-ci ilin sentyabrında verildi.

Ardınca 2022-ci ilin bir günlük antiterror əməliyyatı 200 ildən artıq kök salmış, qara yaraya çevrilmiş erməni məsələsini birdəfəlik həll etdi. Azərbaycan 100 il əvvəl və 100 il sonra millətimizin başına gətirilən müsibətlərin, 31 mart qırğının, 26 fevral Xocalı faciəsinin qisasını aldı və bu gün dostluğa, sülhə can atmağa məcbur olan erməniləri birdəfəlik yerində oturtdu.

Demək 31 mart və ondan sonrakı qanlı hadisələr milli faciəmiz olmaqla, dərs aldığımız, ibrət götürdüyümüz, milli oyanışa start verdiyimiz bir hadisə imiş. Tarixi unutqanlıq, milli yaddaşsızlıq bunun əksi olarmış.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
azpolitika.info

1Mənbələr