AZ

Avro Bölgəsində 2022-dən bəri ən sürətli inflyasiya artımı qeydə alındı

Avro Bölgəsində 2022-ci ildən bəri ən yüksək inflyasiya artımı qeydə alınıb.

Marja xəbər verir ki, bunun nəticəsi olaraq Avropa Mərkəzi Bankının (AMB) faiz dərəcələrini artırmaq məcburiyyətində qala biləcəyinə dair gözləntilər güclənib.

İstehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) mart ayında ötən ilin eyni dövrü ilə müqayisədə 2,5% artıb. Fevralda illik inflyasiya 1,9 faiz səviyyəsində olmuşdu. Analitiklərinin gözləntisi isə 2,6 faiz idi.

Eurostat açıqlamasında bildirib ki, qida və enerji istisna olmaqla inflyasiya gözlənilmədən 2,3 faizə enib, yaxından izlənilən xidmətlər indeksi də azalma göstərib.

Orta Şərqdəki münaqişənin bir aydan çox davam etməsi ilə birlikdə onun təsirləri Avropada da getdikcə daha çox hiss olunmağa başlayır. Təkcə inflyasiya deyil, qiymətlərin gələcək istiqamətinə dair gözləntilər də nəzərəçarpacaq dərəcədə artıb.

Bölgədəki hökumətlər və mərkəzi banklar iqtisadi artım proqnozlarını aşağı salır. Şirkətlər isə müştəriləri arasında tələbatın azalmasına qarşı hazırlıq görür.

AMB bildirib ki, 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra baş verən inflyasiya sıçrayışının təkrarlanmasına icazə verməyəcək və lazım gəldikdə sürətli və qətiyyətli şəkildə hərəkət edəcək. Lakin münaqişələrin nə vaxt başa çatacağı ilə bağlı aydınlıq olmadığı üçün rəsmilər bunun yaratdığı iqtisadi təsirləri hələ də qiymətləndirir.

“Faizlərin yüksəlməsi ehtimalı var”

Yüksək neft və təbii qaz qiymətləri, AMB-nin bu il inflyasiyanın orta hesabla 2,6 faiz olacağı ilə bağlı əsas ssenarisini artıq sual altına qoyub. Daha sərt ssenaridə isə qiymət artımları 2027-ci ildə 6,3 faizə qədər yüksələ bilər.

Estoniya Mərkəzi Bankının prezidenti Madis Müller Tallinndə verdiyi açıqlamada bildirib:

“Qarşıdakı rüblərdə faiz dərəcələrinin yüksəlməsi ehtimalı var"

Seçilən
19
2
marja.az

3Mənbələr