AZ

İranda 113 mindən çox mənzil vurulub – Qızıl Aypara Cəmiyyəti

Bakı. Trend:

28 fevraldan etibarən ABŞ və İsrailin İrana qarşı hərbi havahücumları nəticəsində 113 mindən çox mənzil zərbəyə məruz qalıb

Trend-inməlumatına görə, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti məlumatyayıb.

Bildirilib ki, İranın Tehran vilayətində 44,4 min, digərvilayətlərdə isə 90 min mənzil hərbi hava hücumlarına məruzqalıb.

Sözügedən müddətdə İranda 307 səhiyyə, müalicə və tibbməntəqələri, 760 məktəb hücumlara məruz qalıb.

Hərbi hava hücumlarında Qızıl Aypara Cəmiyyətinin 18 mərkəzi, 48əməliyyat avtomobili, 3 ədəd xilasetmə helikopteri vurulub.

Qeyd edək ki, 2015-ci ildə İran və 5+1 qrupu arasında İranınnüvə proqramı ilə əlaqədar Hərtərəfli Birgə Fəaliyyət Planı üzrərazılıq əldə olunub və BMT Təhlükəsizlik Şurası 2231 saylıqətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq olunan öncəki6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar genişhəcmlisanksiyaların dayandırılması ilə nəticələnib.

2018-də ABŞ sözügedən plandan çıxması ilə İrana qarşısanksiyalar tətbiq edib. İranın mərhələli şəkildə planda nəzərdətutulan məhdudiyyətləri dayandırması digər ölkələr tərəfindənbirmənalı qarşılanmayıb. Nəticədə 28 sentyabr 2025-də İran əleyhinəBMT Təhlükəsizlik Şurasının qətnamələri yenidən bərpa olunub.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2025-ci ilin may ayındayayımladığı hesabata əsasən, İranın zənginləşdirdiyi uranın həcmi 9247 kiloqram təşkil edib və 60%-dən yuxarı zənginləşdirilən uranınhəcmi isə 408 kiloqramdır.

ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı iki dəfəayrı zamanlarda müzakirələr aparılsa da, tərəflər arasında konkretrazılaşma əldə olunmayıb və hər iki müzakirə qarşıdurma ilənəticələnib. Sonuncu olaraq 28 fevraldan etibarən ABŞ və İsrailİrana hərbi hava hücumlarına başlayıb.

Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə vəABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarlahücum edib. Sonradan qarşıdurma daha da genişlənərək Yaxın Şərqinmüxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Məqalədə:
Seçilən
40
5
az.trend.az

10Mənbələr