AZ

Şüvəlanda riskli manevr edən “BMW” sürücüsü az qala qəza törədirdi VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb. 

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 29-da saat 21:41 radələrində qeydə alınıb.

Belə ki, əks istiqamətli yolda hərəkət edən 99-TF-996 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü qarşıdan gələn “KIA” markalı nəqliyyat vasitəsinə məhəl qoymadan qəfil sola dönür. Nəticədə qarşı tərəf üçün qəza şəraiti yaranır. Xoşbəxtlikdən “KIA”nın sürücüsü operativ reaksiya verərək son anda sola manevr edərək toqquşmanın qarşısı alınır.

Müşahidə olunan vəziyyət göstərir ki, sürücü nə manevr etməzdən əvvəl yol şəraitini düzgün qiymətləndirib, nə də qarşıdan gələn nəqliyyat vasitəsinə üstünlük verilməsi tələbini nəzərə alıb. Halbuki qanunvericiliyə əsasən, sürücü istiqaməti dəyişərkən və ya dönmə əməliyyatı yerinə yetirərkən digər hərəkət iştirakçılarına təhlükə yaratmamalı, xüsusilə də qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətinə mane olmamalıdır

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
avtosfer.az

1Mənbələr