Yazını böyüt
Yazını kiçilt
Rusiya Prezidenti Vladimir Putin aprelin 1-də Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq.
Hafta.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Məlumata görə, aparılan danışıqların gündəliyinə bir sıra ikitərəfli və regional məsələlər daxil olacaq.
“Danışıqlarda Rusiya və Ermənistan arasında strateji tərəfdaşlıq və ittifaq münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, Avrasiya məkanında inteqrasiya əməkdaşlığı, eləcə də regional gündəmin aktual məsələləri, xüsusilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafının müzakirəsi planlaşdırılır”, – məlumatda qeyd olunur.