AZ

Tanınmış jurnalist İradə İsak: “Hansı metodun nitq və səs üzərində daha yararlı olduğunu praktikada görmək lazımdır”

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Nəfəs yalnız alış-veriş prosesi deyil, həm də bədənin kimyəvi balansına və sağlamlığına təsir edən güclü bir vasitədir. aydalı təsirləri elmi şəkildə sübut edilmiş arı nəfəsi burun sinuslarında azot oksidi (NO) istehsalını artırır və sağlamlığa inanılmaz faydalar gətirir. Nəfəsalma elmi və düzgün nəfəs texnikaları üzrə ixtisaslaşmış tanınmış amerikalı jurnalist James Nestor bildirib ki, insan sadəcə gündə 4 dəfə, hər dəfə təxminən 10 dəqiqə arı səsinə bənzə səs çıxararaq rinitdən tamamilə xilas olur: “Arı səsi kimi vızıltı ilə səs çıxararaq, bunu 15 dəfəyə qədər artıra bilərsiniz. Bu səs ilə hamını bezdirə bilərsiniz, lakin bu cür etsəniz, azot oksidi səviyyələriniz 15 dəfə artacaq. Araşdırma göstərdi ki, bir insan gündə cəmi 4 dəfə, hər dəfə təxminən 10 dəqiqə arı səsini təqlid edərək rinitdən tamamilə xilas olur. Bunlar edə biləcəyiniz sadə üsullardır”.

James Nestor qeyd edib ki, bu səs bədənin sakitləşməsinə kömək edir: “Səs çıxan zaman vagus sinirinə siqnallar göndərirsiniz, bədəninizi sakitləşdirirsiniz və bu daha çox nitrik oksidin istehsalını stimullaşdırır, eyni zamanda onun bütün bu toxumalardan sərbəst şəkildə yayılmasına imkan verir”.

Arı nəfəsi (bee breathing) texnikası nitq və səs üzərində hansı təsirləri göstərir?Hər kəs bu texnikanı düzgün edə bilər, yoxsa xüsusi məşq lazımdır?

Tanınmış jurnalist İradə İsak Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər kəs öz metodundan istifadə edə bilər: “Bu fikir yalnız jurnalist James Nestora aid deyil. Arı kimi vızıltı çıxarmaqdan daha çox başqa metodlar da məşhurdur. Məsələn; “mmm” səsi - inək kimi "M" səsini çıxarmaq - səsi daha yaxşı tənzimləməyə kömək edir. Hər kəs öz metodundan istifadə edə bilər, amma "M" səsi səsin sinəyə doğru salınmasında çox yaxşı rol oynayır. Bu, səsin açılması, bronxların rahatlaması və səs rezonatorlarının düzgün istiqamətlənməsi üçün əla məşqdir.

İllər ərzində mənim də şəxsi metodum formalaşıb. Bu metod səsin açılmasını, sinə səsinin daha dolğun və düzgün çıxmasını təmin edir, həmçinin vagus siniri vasitəsilə sinir sisteminə təsir edərək səsi yumşaldır və gücləndirir. Vızıltı texnikasından xəbərim var. Sadəcə bu üsul bəzən rahatlaşdırıcı təsir göstərə bilər, amma səsin açılmasında onun rolu o qədər də mühüm rol kəsb eləmir”.

İradə İsak vurğulayıb ki, o, öz metodunda tamam başqa səs "N" səsi üzərində işləyib: “Ən yaxşısı qeyd etdiyim ki, inək səsinin çıxarılmasını mən əvvəllər "M" səsi ilə edirdim. Lakin öz metodumda bunu dəyişib tamam başqa səs "N" səsi üzərində işlədim. N deyəndə dilin üst damağa yapışması və burundan həmçinin boğazdan gələn səsin ağzı açaraq hava ilə sərbəst çıxması mümkündür. "M" səsi deyəndə isə dodaqlar açılmır, amma "N" səsi deyəndə dodaqları açmaq asandır və səs axını rahat çıxır. Bu mənim şəxsi metodologiyamdır və belə üsul dünyada geniş istifadə olunmur; çünki biz çox vaxt mövcud praktikalar əsasında öz metodlarımızı formalaşdırırıq. Təbii ki, hansı metodun daha yararlı olduğunu praktikada görmək lazımdır. Mən digər səslərlə -məsələn, vızıltı z və m səsləri ilə eyni yüksək effekti ala bilmirdim. Sonra "N" səsi ilə məşq etdim və anladım ki, bu üsul daha effektlidir və insanların səsinin açılmasına böyük təsir göstərir. Diafraqmanın işə düşməsində, səsin boğazdan sinəyə enməsində, həmçinin səsin xırıltı və əsməsinin azalmasında dediyim metodun əhəmiyyətli fərqi var. Təəssüf ki, biz amerikalı olmadığımız üçün (coğrafiya amili) bu metodumuzu geniş tanıda bilmirik, amma mənim şəxsi təcrübəmdə bu üsul son dərəcə keyfiyyətlidir. Mən digər metodları da sınamışdım və istifadə zamanı bu metodun effektivliyini gördüm.

Ümumiyyətlə, səs-nəfəs texnikaları çox vacibdir. Çıxış zamanı həyəcanın artmasının qarşısını almaqda böyük rol oynayır. Bu metodları istifadə etdikdə onların nə qədər effektli olduğunu daha yaxşı görürük. Məsələn; Gürcüstanda vəziyyət daha çətindir: orada insanlar həm Azərbaycan, həm rus, həm də gürcü dillərində danışmalı olur, ləhcələr bir-birinə qarışır və buna görə danışanda çətinlik çəkirlər. Yaxınlarda gürcüstanlı bir tələbəmlə işləyərkən, çıxış zamanı həyəcanın azalmasında mənim "N" səsi ilə tətbiq etdiyim düzgün nəfəs texnikası onun üçün çox yararlı oldu”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
bizimyol.info

1Mənbələr