Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
İtaliya millisinin əsas qapıçısı Canluici Donnarumma DÇ-2026-nın pley-off mərhələsinin finalı çərçivəsində bu gün Bosniya və Herseqovina yığmasına qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Mançester Siti"nin formasını geyinən qolkiperin sözlərini "Sky Sport Italia" belə çatdırıb:
"Hamımız anın dəyərini bilirik və nəticəyə nail olmaq istəyirik. Amma bu, doğru gərginlikdir. Yalnız öz işimizi görməliyik. Gənc komandamız var. Deməli, həyəcan və adrenalin normaldır. Əsas olan əvvəlki səhvləri təkrarlamamaq və nəyə qadir olduğumuzu göstərməkdir.
Milli forma ilə etdiklərimizlə qürur duyuram. Baxmayaraq ki, ağır anlarımız da olub, iki dünya çempionatına qatılmamışıq. İtaliyanı layiq olduğu yerə qaytarmaq istəyirik. Əvvəlki mundialda iştirak etməməyin nə demək olduğunu yaxşı bilirik. İndi azarkeşləri və özümüzü sevindirmək üçün bütün gücümüzü ortaya qoymağa hazırıq".
İtaliya Bosniyanı üstələyə biləcəyi təqdirdə, Kanada, Qətər və İsveçrə ilə birlikdə B qrupunda mübarizə aparacaq.
Toğrul
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.