AZ

Özbəkistandan Azərbaycana gətirilən arılar yoxlanıldı: nəticə məlum oldu

Bakı.Trend:

Bir neçə gün əvvəl sosial şəbəkələrdə gənələrlə yoluxmuşarıların Azərbaycana gətirilməsi ilə bağlı məlumatlar yayılıb.İddialarda qeyd olunurdu ki, Özbəkistandan ölkəyə Tropilaelapsgənəsi ilə yoluxmuş arı ailələri idxal edilib və bu parazitarıların inkişafına ciddi zərər vurur.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən(AQTA) Trend-insorğusuna cavab olaraq bildirilib ki, Özbəkistandan bal arılarınınidxalı ilə bağlı ilk dəfə müraciət daxil olub.

Qurumdan verilən məlumata görə, idxal olunan ilk partiyalaborator müayinələrə cəlb edilib və aparılan sınaqlarınnəticələrinə əsasən, nümunələrdə hər hansı gənə və ya parazitolojixəstəlik aşkarlanmayıb.

Agentlikdən əlavə edilib ki, hazırda mövcud qanunvericiliyəuyğun olaraq müvafiq prosedurlar davam etdirilir.

Seçilən
25
az.trend.az

1Mənbələr