AZ

İran neft tankerinə HÜCUM ETDİ

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İran Dubay limanında Küveyt tankerinə hücum edib. 

“Cebheinfo.az” İSNA agentliyinə istinadən xəbər verir ki, bu gün BƏƏ-nin Dubay limanı yaxınlığında Küveytə məxsus “Əs-Salmi” neft tankerinə hava zərbəsi endirildiyi bildirilib.

Məlumata görə, tanker Dubay limanı sularında lövbər saldığı zaman İran tərəfindən hücuma məruz qalıb. Qeyd olunur ki, gəmi tam şəkildə neftlə yüklənmiş vəziyyətdə olub.

Hücum nəticəsində tankerin gövdəsinə ziyan dəyib və gəmidə yanğın başlayıb. Hadisə səbəbi ilə dənizə neft sızması ehtimalının yarandığı qeyd olunur.

Bununla yanaşı, Dubayın Cümeyra limanı ərazisində gecə saatlarında partlayış baş verdiyi barədə də xəbərlər yayılıb. 

Hava hücumundan müdafiə əməliyyatı zamanı şəhər üzərində İrana məxsus pilotsuz uçuş aparatı vurulub və nəticədə 4 nəfər yaralanıb. 

Yunis Abdullayev

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
50
cebheinfo.az

10Mənbələr