AZ

Pərviz Bayramov 10 qolluq oyundakı məğlubiyyətdən nə danışdı?

İkinci Liqanın debütantı "Şirvan" növbəti oyununu keçirib. Bölgə təmsilçisi 20-ci tur çərçivəsində səfərdə “Qaradağ Lökbatan”la qarşılaşıb. Debütant görüşdən 3:7 hesabı ilə məğlub ayrılıb. 

Komandanın baş məşqçisi Pərviz Bayramov Fanat.Az-a açıqlamasında böyük hesdabla uduzduqları görüşü belə şərh edib:

"Əslində, oyuna yaxşı baslamışdıq. İlk yarıda rəqib iki dəfə hesabda önə keçsə də, bərabərliyi təmin etdik. Ancaq fasilədən sonra "Qaradağ Lökbatan"ın təzyiqinə davam gətirə bilmədik. Bu da başadüşüləndir: məşqsizlik belə oyunlarda görünür. Biz yalnız oyunqabağı məşq edirik. Həftə ərzində bir araya gəlməyə imkan olmur. Ona görə də gücümüz çatmır, fiziki olaraq geri qalırıq. Buna görə ağır məğlubiyyət oldu. "Qaradağ Lökbatan" çox yaxşı komandadır. Rəqibi təbirik edirik. 
Növbəti turda daha yaxşı bir komanda ilə - "Xankəndi" ilə oynayacağıq. Çalışacağıq ki, "Xankəndi" ilə görüşdə uğurlu nəticə əldə edək. İtkilərimizin sıraya dönəcəyinə ümid edirik".

Qeyd edək ki, 20 turda 33 xal toplayan "Şirvan" hazırda 5-ci yerdə qərarlaşıb. Bölgə təmsilçisi "Xankəndi" ilə 7 apreldə doğma meydanda üz-üzə gələcək.

Mirağa 

Seçilən
34
20
fanat.az

10Mənbələr