AZ

FIFA dan AFFA ya xatirə hədiyyəsi

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

"FIFA Series – 2026" beynəlxalq turnirinə yüksək səviyyəli ev sahibliyi etdiyinə görə FIFA AFFA-ya təşəkkürünü bildirib. Sport24.az AFFA-ya istinadən xəbər verir ki, Ali futbol qurumunun nümayəndəsi AFFA-nın baş katibi Cahangir Fərəcullayevə xatirə hədiyyəsi təqdim edib.

C. Fərəcullayev göstərilən diqqətə görə minnətdarlığını ifadə edib və gələcəkdə əməkdaşlığın uğurla davam etdiriləcəyinə inandığını bildirib.

Qeyd edək ki, Azərbaycan milli komandası "FIFA Series – 2026" turnirinin qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
13
sport24.az

10Mənbələr