AZ

"Biz bu müqaviləni ona nə qədər inandığımızı göstərmək üçün imzaladıq”

“Bayern”in İdarə Heyətinin üzvü Uli Höness, komandanın baş məşqçisi Vensan Kompani haqqında fikirlərini bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, belçikalı mütəxəssisə etibar etdiklərini söyləyib:

“Kompaninin müqaviləsinin müddəti 2029-cu ilə qədərdir. Onun “Bayern”də hələ çox vaxtı var.

Biz ona tam etibar edirik. Biz bu müqaviləni ona nə qədər inandığımızı göstərmək üçün imzaladıq”.

“Bayern” 70 xalla Almaniya Bundesliqasının turnir cədvəlində liderlik edir. Münhen klubu Çempionlar Liqasının 1/4 finalında “Real”la qarşılaşacaq.

Seçilən
3
sportinfo.az

1Mənbələr