AZ

Tədqiqat: Barmaqların uzunluğu insanın idman potensialını proqnozlaşdıra bilər

Şəhadət barmağı ilə adsız barmağın nisbəti dözümlülüyün bioloji markeridir. Beynəlxalq tədqiqat qrupu bu qənaətə gəlib. Oxuməni.az-ın verdiyi məlumata görə, tədqiqatın nəticələri "onlinelibrary.wiley.com" saytında dərc olunub.

Mütəxəssislər 12 ölkədən 5000 nəfərin məlumatlarını təhlil edərək bir qanunauyğunluq aşkar ediblər: adsız barmağı şəhadət barmağından uzun olan insanlar uzunmüddətli fiziki yüklərə daha yaxşı dözürlər. Onlar intensiv məşqlərə daha uzun müddət davam gətirir və dözümlülük tələb edən idman növlərində – qaçışda, velosiped yarışlarında və ya xizək yarışlarında uğur qazanmaq şansları daha yüksəkdir.

Barmaqların uzunluğu ilə fiziki qabiliyyətlər arasındakı əlaqənin dölün inkişafı dövründə testosteronun təsiri ilə izah olunduğu bildirilir. Ana bətnində bu hormonun yüksək səviyyədə olması ürək-damar sisteminin və əzələ toxumasının formalaşmasına təsir edir ki, bu da sonradan uzunmüddətli yüklərə meyilliliyi müəyyən edir, deyə Cənubi Avstraliya Universitetindən Betani Qauer qeyd edib.

Almaz Həsənli

Seçilən
13
1
oxumeni.az

2Mənbələr