AZ

Yazıçı Anar ömürlük AYB sədri qalmaq təklifinə münasibət bildirdi

BAKI, 31 mart. TELEQRAF

"Azərbaycan Yazıçılar Birliyinin növbəti qurultayında sədrliyə namizədliyimi irəli sürməyəcəm".

Bunu Teleqraf-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev AYB üzvü, yazıçı Etimad Başkeçidin onun ömürlük sədr təyin edilməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

"Mənim ömürlük sədr olmaq fikrim yoxdur", - deyə Anar Rzayev əlavə edib.

Qeyd edək ki, Etimad Başkeçid sosial şəbəkə hesabında Anar Rzayevin ömürlük AYB sədri qalması təklifiini əsaslandıran böyük bir status yazıb. O bildirib ki, "Bizdə əvəzolunmaz adamlar yoxdur" tezisi həm fəlsəfi, həm də yaradıcılıq baxımından kökündən yanlışdır: "Xüsusən də söhbət Anar kimi bir fiqurdan gedirsə, bu yanlışlıq daha qabarıq görünür".

O, fikrinə belə yekun vurub: "Əziz dоstlar, yaş, filan sadəcə rəqəmdir. Anar AYB-nin sədrliyindən istеfa vеrsə, nə cəmiyyət, nə ədəbiyyat, nə də ölkə hеç nə qazanmayacaq. Tam əksinə, çох şеy itirəcək. Şəхsən mən оnun lap bеlə ömrünün aхırınacan sədr qalmasını istəyirəm. Ümid edirəm ki, belə də olacaq!"

Anar Rzayev 1987-ci ildən AYB-yə rəhbərlik edir.

Seçilən
13
3
teleqraf.com

5Mənbələr