AZ

Özbəkistandan Azərbaycana gətirilən arıların yoxlamadan sonra nəticələriAÇIQLANDI

Bir neçə gün əvvəl sosial şəbəkələrdə gənələrlə yoluxmuş arıların Azərbaycana gətirilməsi ilə bağlı məlumatlar yayılıb. İddialarda qeyd olunurdu ki, Özbəkistandan ölkəyə Tropilaelaps gənəsi ilə yoluxmuş arı ailələri idxal edilib və bu parazit arıların inkişafına ciddi zərər vurur.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Özbəkistandan bal arılarının idxalı ilə bağlı ilk dəfə müraciət daxil olub.

Qurumdan verilən məlumata görə, idxal olunan ilk partiya laborator müayinələrə cəlb edilib və aparılan sınaqların nəticələrinə əsasən, nümunələrdə hər hansı gənə və ya parazitoloji xəstəlik aşkarlanmayıb.

Agentlikdən əlavə edilib ki, hazırda mövcud qanunvericiliyə uyğun olaraq müvafiq prosedurlar davam etdirilir. (trend)

Seçilən
10
1
xezerxeber.az

2Mənbələr