AZ

Britaniya ilə ticarət dövriyyəsi kəskin azaldı

Bu ilin yanvar-fevral aylarında Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 39 milyon 282 min ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 81,7 % azdır.

Son 1 ildə Azərbaycanın Böyük Britaniyaya ixracının dəyəri 99,1 % azalaraq 654 min ABŞ dolları, bu ölkədən idxalının dəyəri isə 72,6 % azalaraq 38 milyon 627 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət ümumi dövriyyənin 0,6 %-i qədər olub. O cümlədən, Böyük Britaniyaya ixrac ümumi ixracın 0,1 %-ni, Böyük Britaniyadan idxal isə ümumi idxalın 1,4 %-ni təşkil edib.

Seçilən
10
2
bakivaxti.az

3Mənbələr