AZ

İspaniya XİN: "İran ətrafındakı münaqişənin nə sonu, nə də aydın hədəfi görünür" –ÖZƏL

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares regiondakı hərbi gərginliklə bağlı narahatlığını ifadə edib. Olaylar.az xəbər verir ki, radio Euskadi-yə müsahibə verən diplomat münaqişənin gedişatını qeyri-müəyyən qiymətləndirib.

Nazir münaqişənin nə vaxt bitəcəyinin və tərəflərin konkret hədəflərinin məlum olmadığını vurğulayıb. İspaniya rəsmisi Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Misirin vasitəçilik səylərinin nəticə verəcəyinə ümid etdiyini bildirib.

Albares regiona böyük həcmdə hərbi qüvvə toplanmasının gələcək üçün yaxşı vəd vermədiyini qeyd edərək, tərəfləri dialoqa və deeskalasiyaya çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
olaylar.az

1Mənbələr