AZ

Xalq artistinin qızı özünün elə görüntülərini yaydı ki... - VİDEO

Xalq artisti Mələkxanım Eyubovanın qızı, bloger Nəzrin Nəcəfova və müğənni Mərdan Kazımovun övladı dünyaya gəlib.

“Yeni Sabah” xəbər verir ki, cütlüyün qız övladı doğulub.

N.Nəcəfovanın uşaq dünyaya gətirməsi Azərbaycanda insanların öyrəşdiyindən xeyli fərqlənib. Blogerin həyat yoldaşı Mərdan Kazımov da doğuş otağında olub.  

Amma cütlük bununla da kifayətlənməyib, övladlarının dünyaya gəlməsi prosesini videoya çəkiblər və həmin görüntüləri sosial şəbəkə hesablarında paylaşıblar.

Nəzrin yeni doğulan körpəsinə duyğusal sözlərlə müraciət edib. O, qızının dünyaya gəlməsi ilə həyatlarının tamam fərqli bir məna qazandığını vurğulayaraq, bu anların onlar üçün unudulmaz xatirəyə çevrildiyini bildirib.

Mərdan Kazımov da övladı ilə fotosunu izləyicilərinə təqdim edib. O, qızına Şirin adını verdiyini açıqlayıb.

Qeyd edək ki, yayılan görüntülər sosial şəbəkələrdə qısa zamanda geniş yayılıb. İstifadəçilərin bir qismi bu anları duyğusal və təsirli adlandırsa da, əksəriyyət doğuş prosesinə atanın daxil olmasını, doğuş anlarının sosial şəbəkədə paylaşılmasını sərt tənqid edib.  

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız
Seçilən
18
50
yenisabah.az

10Mənbələr