ain.az, Apa.az portalına istinadən məlumat yayır.
Tatarıstanın Nijnekamsk şəhərində yerləşən “Nijnekamskneftexim” neft emalı zavodunda pilotsuz uçuş apartlarının hücumu nəticəsində yanğınla müşayət olunan güclü partlayış qeydə alınıb.
Bu barədə “ArbatMedia” məlumat yayıb.
Məlumata görə, partlayışı şəhərin bir çox hissələrindən görmək mümkün olub. Şəhər sakinləri sosial şəbəkələrdə bildiriblər ki, güclü partlayışdan sonra güclü titrəyiş hiss ediblər və sənaye zonasının yaxınlığındakı binaların divarları partlayışın təsirindən titrəyib.
Nijnekamsk şəhərinin meri Radmir Belyaev isə bildirib ki, “Nijnekamskneftexim”də baş vermiş yanğın artıq lokallaşdırılır. Mer partlayışın səbəbinin texniki nasazlıq olduğunu qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.