ain.az, Unikal.az saytına istinadən bildirir.
Kosovo ilə Türkiyə arasında keçiriləcək vacib futbol qarşılaşması öncəsi maraqlı hadisə yaşanıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, “Nimbus The King” adlı pişik oyunun nəticəsini əvvəlcədən “təxmin edib”.
Sosial şəbəkələrdə yayılan görüntülərdə pişiyin seçimini Türkiyədən yana etdiyi görünür. Qısa müddətdə geniş marağa səbəb olan bu anlar futbolsevərlər arasında müzakirə mövzusuna çevrilib.
Belə ki, daha əvvəl də oxşar “proqnozları” ilə tanınan heyvanların sırasına Nimbus da qoşulub. Onun seçiminin nə dərəcədə doğru olacağı isə matçın nəticəsindən sonra bəlli olacaq.
Ayxanım Məlikova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.