AZ

Yevlax şəhərində sahibkarlarla görüş keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ombudsmanı xidməti baş idarəsinin rəisi Arif Quliyevin iştirakı ilə Yevlax şəhərində 11 saylı Ərazi Vergilər Baş İdarəsinin əhatə dairəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Kiçik, orta və iri sahibkarlıq subyektləri nümayəndələrinin iştirak etdiyi görüşün əsas məqsədi vergi qanunvericiliyi və inzibatçılığı sahəsində çətinliklərin öyrənilməsi, təkliflərin dinlənilməsi, o cümlədən vergi ödəyicilərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi baxımından aktual məsələlərin müəyyənləşdirilməsindən ibarət olub.

Görüşdə sahibkarlara vergi ombudsmanı institutu və baş idarənin əsas fəaliyyət istiqamətləri barədə məlumat verilib. Arif Quliyev Vergi ombudsmanı xidməti baş idarəsinin yaradılmasında başlıca məqsədin vergi ödəyicilərinin hüquqlarının qorunması üçün preventiv tədbirlərin görülməsi olduğunu bildirib və bu sahədə səmərəliliyin artırılması üçün həyata keçirilən tədbirlər barədə danışıb.

Sahibkarlara Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yaradılmış “Vergi ombudsmanı” bölməsi barədə məlumat verilib. Vergi ödəyiciləri vergi və sığorta qanunvericiliyi və inzibatçılığı ilə bağlı rastlaşdıqları çətinliklərlə bağlı fikirlərini və təkliflərini səsləndiriblər. Bununla yanaşı, vergi orqanlarına edilən müraciətlərlə əlqədar sahibkarlar arasında real vaxt rejimində sorğu keçirilib.

Vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən belə görüşlər davam etdiriləcək.

Seçilən
14
2
vergiler.az

3Mənbələr