AZ

Azərbaycanda "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat" dəyişib

Nazirlər Kabineti 11 sentyabr 2000-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişiklik edib.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki,  bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.

Qərara əsasən, notarius icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın əldə olunması barədə şəhadətnamələr verəcək.

Bundan başqa, "İcra haqqında" qanunla müəyyən edilmiş hallarda və müddətdə əmlak notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında açıq bazarda satıldıqda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürəcək.

Seçilən
8
1
fed.az

2Mənbələr