AZ

Paşinyan kilsədəki hadisəni siyasi üstünlüyə çevirə bilər-Politoloqdan açıqlama -ÖZƏL 

Nikol Paşinyanın İrəvandakı Müqəddəs Anna kilsəsində iştirakı zamanı insident baş verib. Hadisə ilə bağlı 3 nəfər saxlanılıb. Onlar xuliqanlıq və baş nazirin fəaliyyətinə müdaxilədə şübhəli bilinirlər. Qarşıdurma cəhdinin təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə qarşısı alınıb. Saxlanılan şəxslərin evində aparılan axtarışda hadisənin əvvəlcədən planlaşdırıldığını təsdiqləyən sübut tapılmayıb.

Bu olay Nikol Paşinyanın siyasi reytinqinə necə təsir edə bilər? Seçki öncəsi belə bir insidentin baş verməsi hansı siyasi mesajları verir?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib: 
" Ermənistan baş naziri Nikol Paşinyana qarşı təxribata cəhd etmiş şəxslərin saxlanılmasının onun siyasi reytinqinə mənfi təsir edəcəyini düşünmürəm. Vaxtilə ABŞ prezidenti Donald Trampın da seçki marafonun zamanı ona qarşı müxtəlif təxribatlar baş vermişdi. O, əksinə bu hadisələri öz reytinqinin artması üçün istifadə edə bilmişdi. Paşinyan da bundan istifadə edə bilər. Beynəlxalq aləmə göstərir ki, sülhə mane olan qüvvələr var. Eyni zamanda erməni mətbuatının yazdığına görə Kilsədə baş nazirə qarşı hücum edən şəxs Rusiyaya bağlı dairələrin əlaltısı olub. Əgər bu nüans daha geniş tirajlansa Paşinyanın Qərb dairələrində siyasi nüfuzunun möhkəmlənməsinə vasitə ola bilər. Ölkə daxilində isə Paşinyan tərəfdarlarını daha da səfərbər etmək, öz gələcək namizədlərini qorumaq üçün daha geniş birliyə gətirib çıxara bilər. Təbii ki, əsasən Rusiyadan mayalanan dairələr mövcud sülh prosesinə xələl gətirmək və öz maraqları təmin etmək üçün Paşinyana qarşı təxribat planları hazırlayırlar. Seçki öncəsi bu cür insidentlərin baş verməsi əslində Ermənistan cəmiyyətində xarakterik hadisədir. Qloballaşan dünyaya hələ sivil və mədəni mahiyyət ortaya qoymaqla inteqrasiya olmamış daxilən vəhşi kütlələr üçün bu tip olaylar təbiidir. Əslində Paşinyan üçün təhlükə mesajı da var bu hadisənin içində. Ola bilsin indən belə təhlükəsizliyinə ciddi yanaşsın. Hadisənin ümumi mahiyyətinə görə baş nazir bundan öz reytinqi üçün istifadə də edə bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr