AZ

31 Mart , Azərbaycanlıların Soyqırımı Günü yalnız keçmişin ağrısı deyil, həm də gələcəyə yönəlmiş çağırışdır

Newscenter.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

31 Mart tarixi Azərbaycan xalqının yaddaşına qanla yazılmış faciənin, günahsız insanların kütləvi şəkildə məhv edilməsinin simvolu kimi daxil olmuşdur. Bu gün yalnız bir anım günü deyil, həm də tarixi ədalətin bərpası, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və insanlıq əleyhinə cinayətlərin unudulmaması baxımından mühüm əhəmiyyət daşıyır.Azərbaycan dövləti və xalqı hər zaman sülhə, ədalətə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarı olmuşdur. Tarixdən alınan dərslər bizi daha güclü edir və gələcək nəsillər üçün daha təhlükəsiz və ədalətli dünya qurmaq məsuliyyətini üzərimizə qoyur.31 Mart , Azərbaycanlıların Soyqırımı Günü yalnız keçmişin ağrısı deyil, həm də gələcəyə yönəlmiş çağırışdır: ədalət bərqərar olmalı, həqiqət tanınmalı və insanlıq əleyhinə cinayətlər heç vaxt cəzasız qalmamalıdır.David Seliverstov,Magen David Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin rəhbəri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
newscenter.az

2Mənbələr