AZ

Məzunların NƏZƏRİNƏ: Məktəblərdə “son zəng” bu tarixdə çalına bilər

Azərbaycanda məktəblərdə “Son zəng” tədbirinin tarixinin dəyişdirilməsi məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Mövcud qaydalara əsasən tədris ili hər il 14 iyunda başa çatır.

Bəs “Son zəng”in 31 mayda keçirilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, hazırda qüvvədə olan qaydalara əsasən tədris ili sentyabrın 15-də başlayır və iyunun 14-də başa çatır.

Elçin

“Bu tarixlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Əslində, biz dərslərin sentyabrın 1-də başlayıb mayın 31-də yekunlaşmasının tərəfdarıyıq. Bu, həm şagirdlər, həm də müəllimlər üçün daha uyğun olar. Artıq tədris ilinin sonuna yaxın həm şagirdlərdə, həm də müəllimlərdə yorğunluq hiss olunur və dərsə maraq azalır. 31 mayda başa çatması insanların istirahət etməsi baxımından da əlverişlidir”.

Elçin Əfəndi vurğulayıb ki, gələcəkdə bu dəyişiklik mümkündür, lakin bunun reallaşması üçün həm cəmiyyət tərəfindən təşəbbüs irəli sürülməli, həm də aidiyyəti qurumlar tərəfindən müvafiq qərar qəbul edilməlidir.
Beləliklə, “Son zəng”in tarixinin dəyişdirilməsi hazırda gündəmdə müzakirə olunan məsələlərdən biri olsa da, bunun reallaşması üçün rəsmi qərar və ictimai dəstək əsas şərt olaraq qalır.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
56
1
konkret.az

2Mənbələr