Cənubi Koreya Müdafiə Satınalma Agentliyi ölkənin Hərbi Dəniz Qüvvələrinə yeni nəsil esminesin hazırlanması və çatdırılması üçün rəsmi olaraq tender elan edib.
Herbiand.az bildirir ki, ötən həftənin sonlarında agentlik Hyundai Heavy Industries və Hanwha Ocean şirkətlərinə təklif sorğusu göndərib.
Təklif alan hər iki şirkət gəmi üçün ətraflı dizayn və tikinti müsabiqəsində iştirak edir.
Qalibin bu ilin iyul ayına qədər seçiləcəyi gözlənilir.
Bəxtiyar CƏFƏRLİ