AZ

Rusiyanın hərbi qeydiyyat reyestri haker hücumlarına məruz qalıb

Rusiyanın hərbi qeydiyyat reyestri fəaliyyət göstərdiyi müddətdə 19 milyondan çox haker hücumuna məruz qalıb.

Herbiand.az xəbər verir ki, bu barədə “Krasnaya zvezda” qəzetinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilati və Səfərbərlik İdarəsinin rəisi, general-polkovnik Yevgeni Burdinski deyib.

O, müdaxilə cəhdlərinin əksəriyyətinin ABŞ və Argentinada yerləşən serverlərdən qaynaqlandığını bildirib: “Lakin qeyd edim ki, təhlükəsizlik tədbirlərinə görə reyestr davamlı olaraq ştat rejimində fəaliyyət göstərib. Vətəndaşların şəxsi məlumatlarında sızma olmayıb”.

Yeganə hərbi qeydiyyat reyestri 1 noyabr 2024-cü ildə istifadəyə verilib. Orada hərbi qeydiyyat və hərbi xidmətlə bağlı vətəndaşlar haqqında məlumatlar var. Reyestrə daxil edilən məlumatlara şəxsi və pasport məlumatları, SNILS (Fərdi Sığorta Hesabı Nömrəsi), Vergi Ödəyicisinin Şəxsiyyət Nömrəsi (VÖEN), vətəndaşlıq məlumatları, təhsil, iş təcrübəsi və sağlamlıq vəziyyəti daxildir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
45
herbiand.az

1Mənbələr