AZ

ABŞ Karakas səfirliyini 7 ildən sonra yenidən açdı

ABŞ-nin Venesueladakı hədəfinə çatdığı bildirilib...

Milli mətbuatda yer alan xəbərə görə, diplomatik münasibətlərin normallaşması ilə birlikdə ABŞ-nin Karakasdakı səfirliyi yenidən fəaliyyətə başlayıb.

ABŞ-nin Karakasdakı səfirliyindən verilən açıqlamada bildirilib:

“Venesueladakı diplomatik mövcudluğumuzda yeni bir dövrü təmsil edən Karakas səfirliyimizdə fəaliyyətimizi rəsmi olaraq yenidən başladıq.”

Açıqlamada qeyd olunub ki, bu addım Venesueladakı keçid hökuməti, vətəndaş cəmiyyəti və özəl sektorla birbaşa dialoq qurmaq imkanlarını gücləndirəcək.

Səfirliyin yenidən açılması ABŞ-nin Venesuelaya yönəlik üç mərhələli planında mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.

7 İL SONRA GƏLƏN QƏRAR

Digər tərəfdən, diplomatik normallaşma prosesi çərçivəsində Venesuela da Vaşinqtondakı səfirlik binasını yenidən nəzarətə götürüb.

Seçilən
16
aznews.az

1Mənbələr