AZ

Kreml Zelenskinin "Pasxa atəşkəsi" təklifində açıq təşəbbüs görmür

Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərində Pasxa atəşkəsi üçün aydın şəkildə ifadə olunmuş təklif görməyib...

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Kreml Zelenskinin "Pasxa atəşkəsi" ilə bağlı açıqlamalarında heç bir açıq təşəbbüs görməyib.

Peskov vurğulayıb ki, Ukrayna prezidenti məsuliyyəti öz üzərinə götürməli və Rusiya ilə atəşkəsə yox, sülhə razı olmağa qərar verməlidir.

"Daha sonra bu qərar daha baha qiymətə verilməli olacaq", -Kremlin sözçüsü əlavə edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərqə səfərindən sonra jurnalistlərin suallarını cavablandırarkən Rusiya da analoji addım atarsa, Ukraynanın Pasxa bayramı zamanı atəşkəsə razılaşmağa hazır olduğunu açıqlayıb.

Poliqon.info

Seçilən
4
3
poliqon.info

4Mənbələr