AZ

Gəncə Dövlət Universitetində Soyqırımı Günü qeyd edilib FOTO

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Modern.az xəbər verir ki, daha sonra 31 Mart – Azərbaycanlıların Soyqırımına həsr edilən videoçarx nümayiş olunub.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək 31 mart 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım hadisələri haqqında danışıb. Bildirib ki, tarix boyu təcavüzkar siyasət yeridən, “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoyub, əzəli torpaqlarımızı zəbt etməyə çalışıblar. 1918-ci ilin mart ayında qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirib, sonrakı günlərdə  Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə qanlı faciələr törədiblər. 

 Tədbirdə rektorun baş müşaviri Asif Cavadov  çıxışında bildirib ki, ölkəmizdə müstəqillik bərpa edildikdən sonra soyqırım haqqında həqiqətlərin dünyaya çatdırılması üçün bütün zəruri addımlar atılıb. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bu sənəd soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsinə, tədqiqatların genişlənməsinə və həqiqətlərin üzə çıxarılmasına təkan verdi. Azərbaycanlılara qarşı törədilən qanlı cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha geniş və dolğun şəkildə çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci ildə – soyqırımının 100 illiyi ərəfəsində Sərəncam imzalayıb. Bu məqsədlə xüsusi Tədbirlər Planı hazırlanaraq həyata keçirilib.

Tədbirdə Filologiya və Xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev “Qan yaddaşımızın silinməz izləri”,  Ümumi tarix kafedrasının müdiri Etibar Musayev  “ 31 Mart – tariximizin göz yaşı”, Azərbaycan tarixi kafedrasının müdiri Gülarə Əliyeva “108 il əvvəl törədilmiş vəhşət”, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi Türkan Cəlilova “Erməni vandalizmi sərhəd tanımır” adlı məruzələrlə çıxış ediblər.

Çıxışlarda ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər barədə faktlara və tarixi sənədlərə əsaslanan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
modern.az

1Mənbələr