Bakı. Trend:
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM)tərəfindən aprelin 1-də Avropa Yenidənqurma və İnkişaf Bankınınburaxdığı, dəyişən faizli (floating rate) və AZİR-ə (BanklararasıTəminatsız Pul Bazarında İstinad Faiz Dərəcəsi) əsaslananistiqrazlar üzrə növbəti kupon ödənişi həyata keçiriləcək.
Trend bubarədə MDM-ə istinadən xəbər verir.
Məlumata görə, kupon ödənişinin məbləği hər bir istiqraz üzrə 1586,22 (bir min beş yüz səksən altı manat 22 qəpik) manat təşkiledir.
Qeyd edək ki, nominal dəyəri 100 000 manat olan, dövlətqeydiyyat nömrəsi AZ2001028169 olan istiqrazların yerləşdirilməsiötən ilin oktyabrın 1-də uğurla baş tutub.
Əlavə edək ki, prosesin anderrayterləri "ABB-İnvest" və"Unicapital" investisiya şirkətləridir.