“Türkiyənin "Fiba Holdinq"inin nümayəndələri ilə görüşümüzdə biznes tərəfdaşlığının təşviqini və potensial əməkdaşlıq istiqamətlərini müzakirə etdik.
Bərpaolunan enerji və infrastruktur layihələrində, həmçinin enerji təchizatı, turizm və tikinti sahələrində birgə fəaliyyət imkanlarını dəyərləndirdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
