AZ

Meyxana aləmində yeni mübahisə: Vüqar Əbdülov qadınlara qarşı çıxdı

Vüqar Əbdülov qadın ifaçıların kişilərlə eyni səhnədə meyxana söyləməsinə qarşı olduğunu açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, meyxanaçı bu barədə “Mədəni şou” verilişində danışıb.

O, qadın və kişinin bədahətən meyxana duelinə çıxmasının doğru olmadığını düşünür.

Əbdülov mövqeyini idmanla müqayisə edərək izah edib:

"Dünyada kişilər də, qadınlar da futbol oynayır. Amma birlikdə yox, ayrı. Bu da söz mübarizəsidir. Kişi ilə qadının söz mübadiləsi alınmaz. Əvvəldən düzəldilmiş formada olar. Amma bədahətən yox. Qadınların kişilərlə meyxana deməsini qəbul etmirəm. Edə bilmirəm... Qadın qadın toyunda meyxana desin. Öz həmkarı ilə meydana çıxsın. Qadınla kişinin eyni meydanı bölüşməsinin əleyhinəyəm".


Telegram kanalımız
Seçilən
3
yenisabah.az

1Mənbələr